Azərbaycanda icbari sığorta hadisəsi zamanı birbaşa tənzimləmə sisteminə keçilə bilər

Azərbaycanda icbari sığorta hadisəsi zamanı birbaşa tənzimləmə sisteminə keçilə bilər
# 06 aprel 2015 14:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” zamanı birbaşa tənzimləmə mexanizminin tətbiq olunmasını təklif edir.

APA-Economics”in məlumatına görə, bu barədə DSNX rəisi Namiq Xəlilov bildirib.

N. Xəlilovun sözlərinə görə, bu mexanizmin tətbiqi 2016-cı və ya 2017-ci ildən mümkün ola bilər: “Yəni, sığorta hadisəsi zamanı zərərçəkən zərər vuran şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edə bilər. Bununla da, zərərçəkən müştəriyə kompensasiya verilə bilər. Daha sonra sığorta şirkətləri öz aralarında daxili hesablaşma ilə bu məsələni həll edə bilər. Bu da çox mürəkkəb bir mexanizmdir. Hazırda bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR