Mübariz Qurbanlı: “Azərbaycanda orta məktəblərdə dini dərslər tədris oluna bilər” - VİDEO

Mübariz Qurbanlı: “Azərbaycanda orta məktəblərdə dini dərslər tədris oluna bilər” - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2014 12:33 (UTC +04:00)

APA-nın şimal bürosunun xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı məlumat bildirib.

O deyib ki, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: “Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.

Komitə sədrinin sözlərinə görə, tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var: “Dini maarifləndirməyə ehtiyac var ki, kimlərsə bu sahədə bilgilərin zəif olmasından sui-istifadə etməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR