"Nar" "Ailəm" paketini təqdim edib - FOTO

"Nar" "Ailəm" paketini təqdim edib - <span style="color: red;">FOTO
# 21 sentyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Nar" öz abunəçilərini daha rahat və sərfəli rabitə xidməti ilə təmin etmək üçün növbəti təşəbbüsə imza atıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, insanların öz ailələri, dostları və yaxınları ilə daim əlaqədə olmasını vacib hesab edən mobil operator, bu məqsədlə, öz abunəçilərinə yeni “Ailəm” paketini təqdim edib.

4 nömrədən ibarət olan "Ailəm" paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanıdır. Paketə daxil olan 4 nömrənin istifadəçiləri öz aralarında 31 dekabr 2015-ci il tarixədək dəqiqəsi 0 qəpiyə danışa biləcəklər. Ölkə daxili digər istiqamətlərə zəngin dəqiqəsi isə 4 qəpikdən hesablanacaq.

"Ailəm" paketinə daxil olan nömrələr bir fiziki şəxsin adına qeydiyyata alına bilər.

Hər zaman öz abunəçilərinin qayğısına qalan "Nar" müxtəlif müştəri qrupları arasında daha keyfiyyətli və rahat mobil rabitə fürsəti yaradaraq, onları bu əlavə ünsiyyət imkanından yararlanmağa dəvət edir. Təklif edilən danışıq paketləri öz sərfəliliyi ilə seçilir və əhalinin bütün kateqoriyalarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR