Yardımlıda meşə zolağında yanğını baş verib

Yardımlıda meşə zolağında yanğını baş verib
# 08 avqust 2015 07:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Yardımlıda meşə zolağında yanğını baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Gendərə kəndində (rayon mərkəzindən 40 km aralı) qeydə alınıb.

Vətəndaşa məxsus ərazidə 3 ha sahədə meşə zolagı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR