Paşha Bank
Bank Of Baku

Bakı və regionlarda 31 DOST mərkəzi yaradılacaq

Bakı və regionlarda 31 DOST mərkəzi yaradılacaq
# 09 aprel 2019 17:42 (UTC +04:00)

 

“2019-2025-ci illərdə Bakı və regionlar üzrə 31 DOST mərkəzi yaradılacaq”.

ONA-nın xəbərinə görə, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumda bildirib.

O qeyd edib ki, ilk DOST mərkəzinin yaradılması işləri başa çatır və yaxın vaxtlarda Bakının Yasamal rayonunda açılışı olacaq.

DOST layihəsi  əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR