Deputatlığa namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb

Deputatlığa namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb
# 29 sentyabr 2015 13:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. İndiyə qədər 427 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR