Qobustanda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Qobustanda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 07 iyul 2014 18:03 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisələrdən biri bu gün axşam saatlarında yolun 99-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Etibar Asif oğlunun idarə etdiyi “99-DD-805” dövlət nömrə nişanlı “Opel Vectra” markalı minik maşını qarşı tərəfdən gələn Şəki sakini Rəsulov Taleh Etibar oğlunun idarə etdiyi “10-XF-015” dövlət nömrə nişanlı “Volkswagen” markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Hadisə nəticəsində “Opel Vectra” markalı maşının sürücüsü Etibar Həsənov və sərnişini, Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Elvin Abuzər oğlu ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elvin Həsənov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Bakı-Şəki marşurutu üzrə hərəkət edən mikroavtobus əzilsə də, sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR