Ağdaşdan Milli Məclisə keçiriləcək təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək

Ağdaşdan Milli Məclisə keçiriləcək təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək
# 07 iyun 2016 08:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 5 müşahidəçisi izləyəcək.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M. Pənahov AŞPA-nın 5 müşahidəçinin MSK-da qeydiyyatdan keçdiyini deyib, MSK-da qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayının isə 500 nəfər olduğunu açıqlayıb.

Qeyd edək ki, MSK-ya müşahidəçilərin müraciət etmə müddəti bu gün başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR