Mərkəzi Bank: Azərbaycanda ipoteka kreditləri üzrə orta aylıq ödəniş 320 manat təşkil edir

Mərkəzi Bank: Azərbaycanda ipoteka kreditləri üzrə orta aylıq ödəniş 320 manat təşkil edir
# 05 mart 2015 11:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il fevralın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 4,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,53% və ya 800 min manat çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2014-cü ilin sentyabr ayından dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

Cari ilin yanvar ayında AİF 5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin fevralın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 174 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,77%, aylıq ödəniş isə 297,4 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 513 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,88%, aylıq ödəniş isə 319,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR