Bank Of Baku

Xırdalanda parkda 39 yaşlı kişini öldürən qadının işi məhkəməyə göndərilib

Xırdalanda parkda 39 yaşlı kişini öldürən qadının işi məhkəməyə göndərilib
# 04 iyun 2019 12:02 (UTC +04:00)

Xırdalanda 39 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, G. Qasımovanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrında Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Günel Qasımova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR