Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Bendukidze vəfat edib

Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Bendukidze vəfat edib
# 14 noyabr 2014 07:58 (UTC +04:00)

APA-nın “Rustavi-2” telekanalına istinadən verdiyi xəbərə görə, K. Bendukidze 59 yaşında ürək tutmasından keçinib.

Qeyd edək ki, K. Bendukidze 2004-cü ilə qədər Rusiyada sahibkarlıqla məşğul olub. Sonra Mixail Saakaşvili tərəfindən Gürcüstanın iqtisadiyyat naziri təyin edilib və ölkədə radikal iqtisadi islahatların müəllifi olub. O, 2014-cü ilin mayından Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə Ukrayna hökuməti yanında iqtisadi və məsləhət şurasının üzvü kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR