Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 21 iyun 2016 03:55 (UTC +04:00)

Bakı-APA. Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yol ayrıcına çırpılıb.

Nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K. Musayevin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:44-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR