“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru olub - FOTO

“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru olub - <span style="color: red;">FOTO
# 07 may 2015 09:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” Azərbaycan Voleybol Federasiyası tərəfindən keçirilmiş təntənəli aksiyanın əsas tərəfdaşı qismində çıxış edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş bu tədbir çərçivəsində jurnalistlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq matçı keçirilib. Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq nümayəndəsi iştirak edib. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR