Xızıda fərdi ev yanıb

Xızıda fərdi ev yanıb
# 29 avqust 2015 17:46 (UTC +04:00)

Bakı-APA. Xızıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xızı rayonu, Şurabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəx, hamam otağın və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR