Moskvada yataqxanada baş vermiş yanğın zamanı 40-dan çox şəxs xəsarət alıb

Moskvada yataqxanada baş vermiş yanğın zamanı 40-dan çox şəxs xəsarət alıb
# 23 aprel 2015 10:15 (UTC +04:00)

Bakı – APA. Moskvada yataqxanada baş vermiş yanğın nəticəsində 40-dan çox adam xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, həkimə müraciət edən 43 nəfərdən 35-i xəstəxanaya yerləşdirilib.

Onların hamısı tüstüdən zəhərlənib.

Qeyd edək ki, yanğın Piroqov adına Rusiya Milli Araşdırma Tibb Universitetinin yataqxanasında baş verib. Xilasedicilər binadan 680 nəfəri təxliyyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR