Bakıda işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən xidmətçi qadın tutulub

Bakıda işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən  xidmətçi qadın tutulub
# 05 sentyabr 2015 07:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda xidmətçi işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Aidə İbrahimovanın evindən 30 min manat pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR