AMEA elmi müəssisə və təşkilatları üçün doktoranturaya qəbul başlayıb

AMEA elmi müəssisə və təşkilatları üçün doktoranturaya qəbul başlayıb
# 01 sentyabr 2014 09:43 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya sənədlər elan dərc edildiyi gündən sentyabr ayının 30-dək qəbul edilir. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsa­biqə əsasında qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Qəbul imtahanları cari ilin oktyabr ayında keçiriləcək. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxsl­ərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli mə­zu­niyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar. Doktoranturaya qəbul olunanlar yataqxana ilə təmin edilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR