Hindistanda bina çöküb, 5 nəfər ölüb, onlarla insan dağıntılar altında qalıb

Hindistanda bina çöküb, 5 nəfər ölüb, onlarla insan dağıntılar altında qalıb
# 31 iyul 2016 09:10 (UTC +04:00)

Bakı-APA. Bu gün səfər Hindistanın Maxaraştra əyalətindəki Bxivandi şəhərində üçmərtəbəli bina çöküb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 5 nəfər ölüb, onlarla insan dağıntı altında qalıb.

Bina qəzalı vəziyyətdə olub və hakimiyyət orqanları sakinlərə binanın yaşayış üçün təhlükəli olduğu barədə öncədən xəbərdarlıq edib. Binada 7 ailə yaşayıb. Ən azı 30 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hazırda xilasetmə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR