Hüseyn Bağırov Qaxda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Qaxda vətəndaşları qəbul edəcək
# 17 iyun 2016 12:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 24-də Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak edirlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 9 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR