Paşha Bank
Bank Of Baku

Ölkə ərazisində su ehtiyatlarının vəziyyətinə dair dəyirmi masa keçirilib

Ölkə ərazisində su ehtiyatlarının vəziyyətinə dair dəyirmi masa keçirilib
# 17 aprel 2019 17:22 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi,  2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək  hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR