Bakıda İran vətəndaşı kirayə qaldığı evin sahibi tərəfindən bıçaqlanıb

Bakıda İran vətəndaşı kirayə qaldığı evin sahibi tərəfindən bıçaqlanıb
# 21 sentyabr 2015 07:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində kirayədə yaşayan İran vətəndaşı Aram Bahram Mousa ərizə ilə 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aralarında yaranmış münaqişə zəminində kirayədə qaldığı evin sahibi Tariyel Hümbətli əl barmaqlarına bıçaqla xəsarət yetirib.

Aparılan araşdırmalar zamanı isə Aram Bahram Musanın Tariyel Hümbətlini döydüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR