Bakıda çay evində kütləvi dava olub

Bakıda çay evində kütləvi dava olub
# 26 may 2015 08:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda çay evində kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Best” çay evində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada çay evinin işçisi, 1984-cü il təvəllüdlü Ramil İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində dava iştirakçılarından bir neçəsinin kimliyi müəyyənləşib. Hazırda həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR