Ağ Ev: Obama Putini İŞİD-ə qarşı mübarizədə koalisiyaya qoşulmağı təklif edəcək - VİDEO

Ağ Ev: Obama Putini İŞİD-ə qarşı mübarizədə koalisiyaya qoşulmağı təklif edəcək - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2015 00:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi Coş Ernest bildirib.

“Prezident Obama həmkarı Putini Rusiyanın da İŞİD-ə qarşı 60-dan çox ölkənin qatıldığı mübarizəyə konstruktiv tövhə verməyə çağıracaq”, deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, Putin-Obama görüşü Suriya ilə bağlı Rusiya və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Kreml və Ağ Ev bundan əvvəl BMT Baş Assambleyası çərçivəsində Putin və Obama arasında gələn həftə görüşün baş tutacağını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR