Şahmar Mövsümov: "ARDNF-in Yaponiyada aldığı daşınmaz əmlak yüksək gəlirlilik potensialına malikdir"

Şahmar Mövsümov: "ARDNF-in Yaponiyada aldığı daşınmaz əmlak yüksək gəlirlilik potensialına malikdir"
# 23 sentyabr 2015 13:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economic. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 mlrd. yapon yeni təşkil edən "Kirarito Ginza" ticarət obyektini satın alıb.

ARDNF-dən "APA-Economics"ə verilən xəbərə görə, bu, fondun Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.

Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib.

Ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı məmnunluğunu bildirib: "Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlanması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR