Bakı. Ağa Cəfərli-APA. Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanı 1 kv.m sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə görə, yanğın zamanı ev sahibi hər iki qolundan yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Daha bir yanğın hadisəsi Sumqayıt şəhərində qeydə alınıb.
Tikinti şirkətinə məxsus "MAN" markalı yük avtomobilinin 8 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.