Abşeronda iki avtomobil toqquşub, ölən və yaralanan var

Abşeronda iki avtomobil toqquşub, ölən və yaralanan var
# 26 avqust 2015 10:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Elnur Əhmədovun idarə etdiyi “Tatra” və Sumqayıt şəhər sakini Elnur Həşimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həşimovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İbrahim Hacılı orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR