İngiltərənin tikinti şirkəti Azərbaycan bazarında gedir

İngiltərənin tikinti şirkəti Azərbaycan bazarında gedir
# 02 sentyabr 2015 10:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fluor Daniel Caspian Services Limited” şirkətinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırıb.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən bildirilib.

İngiltərəyə məxsus “Fluor Daniel Caspian Services Limited” şirkəti 1996-cı ildə yaradılıb. 19 ildir fəaliyyət göstərən şirkət dizayn, layihələndirmə, satınalma, tikinti və texniki dəstəklə bağlı təchizat işləri ilə məşğul olur.

Qeyd edək ki, bundan əvvəl “Acquion İnternational”, “Fluor Daniel Services” adı ilə fəaliyyət göstərən şirkətin hal-hazırki adı “Fluor Caspian Services Limited”dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR