“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib
# 07 aprel 2015 13:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib.

“Azərkosmos” ASC-dən “APA-Ecnomics”ə verilən məlumata görə, “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının yayımı yaxın günlərdə dayandırılacaq.

Bundan başqa, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

Bununla əlaqədar olaraq, “THT”, “S Haber” 11134Mhz: S/R-27500: Pol – H tezliyində, “InterAz” kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol –H tezliyində yayımlanmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR