Lerik rayonunda mədəniyyət evi yanıb

Lerik rayonunda mədəniyyət evi yanıb
# 07 iyun 2015 05:25 (UTC +04:00)

Bakı-APA. Lerik rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan ümumi sahəsi 60 kv.m olan birmərtəbəli mədəniyyət evində baş verib. Nəticədə evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR