Gəncədə "Gəncə 2016: Gələcəyə baxış" beynəlxalq forumu keçirilir

 Gəncədə "Gəncə 2016: Gələcəyə baxış" beynəlxalq forumu keçirilir
# 10 aprel 2015 19:11 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Gənclər Fondu və Gəncə ŞİH-nin birgə təşkilatçılığı ilə baş tutan foruma bu qurumların nümayəndələri ilə yanaşı indiyədək şəhərləri Avropanın gənclər paytaxtı olmuş 5 ölkənin təmsilçiləri də qatılıb. Görüşdə əsasən Avropa gənclər paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi və tətbiqi, həmçinin 2016-cı ildə Gəncədə bu tədbirlərin uğurla həyata keçirilməsi üçün əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda iştirakçılara "Gəncə 2016 - Avropa Gənclər paytaxtı" tədbirləri çərçivəsində indiyədək görülən işlər haqda da məlumat verilib. Qeyd edək ki, aprelin 8-də Bakıda öz işinə başlayan forum çərçivəsində Bakı 2015 - 1-ci Avropa oyunlarının da təqdimatı keçirilib.

Forum aprelin 11-də Gəncədə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR