Azərbaycanda istehlak kreditləşməsi 12%-dən çox azalıb - TƏHLİL

Azərbaycanda istehlak kreditləşməsi 12%-dən çox azalıb - <span style="color: red;">TƏHLİL
# 13 iyun 2016 09:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin may ayının 1-nə 18 758,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1 836,8 mln. manat və ya 8,92% azdır.

Həmişə olduğu kimi, kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, apreldə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 185,4 mln. manat və ya ümumi həcminin 38,3%-ni təşkil edir. Son 1 ildə ölkədə istehlak kreditləşməsi 1 012,3 mln. manat və ya 12,35% azalıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 15,2%-lik payla “İnşaat və əmlak”, 14,3%-lik payla “Ticarət və xidmət”, 8,1%-lik payla nəqliyyat və rabitə, 6,4%-lik payla sənaye və istehsal, 2,3%-lik payla kənd təsərrüfatı və emal, 1,6%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR