Rusiyada şaxtada yanğın baş verib

Rusiyada şaxtada yanğın baş verib
# 03 iyun 2016 10:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Kuzbas regionunda yerləşən "Zareçnaya” şaxtasında yanğın baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbə məlumat verib.

Bildirilib ki, yanğın 100 metr dərinlikdə yerləşən transformator yarımstansiyasında baş verib. Həmin vaxtı yerin altında 103 nəfər olub.

Həmçinin məlum olub ki, bütün şaxtaçılar təxliyə edilib, onlardan heç biri xəsarət almayıb. Tüstüyə görə hazırda şaxtada iş dayandırılıb. Artıq yanğının vurduğu zərərin miqyasının müəyyənləşdirilməsi üçün şaxtaya mütəxəssislər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR