Rusiya XİN rəhbəri ABŞ-ı süni düşmənçilik atmosferi yaratmaqda ittiham edib

Rusiya XİN rəhbəri ABŞ-ı süni düşmənçilik atmosferi yaratmaqda ittiham edib
# 09 iyul 2015 13:05 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Süni şəkildə düşmənçilik atmosferinin yaradılmasından narahatıq. Bunun Rusiyanın atdığı addımlarla heç bir əlaqəsi yoxdur”, - deyə o vurğulayıb.

Nazir onu da əlavə edib ki, Rusiya təhlükəsi ilə bağlı Vaşinqtondan gələn bəyanatlara Moskvada sakit yanaşırlar.

Qeyd edək ki, ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms Rusiyanı ölkəsi üçün ən böyük təhlükə adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR