Saxta müqavilə ilə 1 milyon manatdan artıq vəsaiti mənimsəyən tikinti şirkətinin rəhbərliyinə hökm oxunub

Saxta müqavilə ilə 1 milyon manatdan artıq vəsaiti mənimsəyən tikinti şirkətinin rəhbərliyinə hökm oxunub
# 24 noyabr 2014 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fuad Mirzəyev və Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat mənimsəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR