Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 15 may 2015 10:52 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin yaxın dostluq münasibətlərinə əsaslandığını və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığına səfərindən və orada keçirdiyi səmərəli görüşlərdən razılığını ifadə edən prezident İ. Əliyev tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini vurğulayıb. Dövlət başçısı ölkələrimiz arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İ. Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye nazirinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Öz növbəsində T. Ər-Rəbiə Bakıda gedən sürətli inkişaf proseslərinin, şəhərin abadlaşdırılmasının, ən müasir infrastrukturun yaradılması və digər sahələrdə görülən işlərin onlarda dərin təəssürat yaratdığını deyib. Nazir ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müxtəlif sahələri təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən nazir ölkələrimiz arasında güclü münasibətlərin və qarşılıqlı hörmətin olmasına baxmayaraq, ticarət əlaqələrinin qənaətbəxş olmadığını deyib. Ölkəsinin Azərbaycanda genişmiqyaslı işlər görmək niyyətində olduğunu deyən qonaq azərbaycanlı həmkarlarının, o cümlədən iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından önəmini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR