Bakı. Hafiz Heydərov – APA. Abşeronda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayonun Hökməli qəsəbəsi ərazisində “AK-74” markalı silah, qumbara, 15 ədəd qumbara alışdırıcısı, 2 ədəd patron darağı və 46 ədəd patron aşkar edilərək götürülüb.