İstanbulun Atatürk hava limanı səhər 08.00-dək bağlı olacaq

<b>İstanbulun Atatürk hava limanı səhər 08.00-dək bağlı olacaq  </b>
# 29 iyun 2016 00:15 (UTC +04:00)

Bakı-APA. İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar aeroport bu gün səhər saat 08.00-dək bağlı olacaq.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, sərnişinlər hava limanından təxliyə edilib.

Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.

Son məlumata görə, İstanbulun "Atatürk" hava limanında silsilə partlayışlar nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Terrorun 3 canlı bomba tərəfindən törədildiyi bildirilir. Onlardan ikisi aeroportun xarici uçuşlar terminalında, 3-sü isə aeroport önündəki metro stansiyasının girişində özünü partladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR