Tərtərdə törədilən qətlin bəzi təfərrüatları məlum olub - FOTOSESSİYA - YENİLƏNİB

Tərtərdə törədilən qətlin bəzi təfərrüatları məlum olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 23 sentyabr 2015 11:51 (UTC +04:00)

Qətli törədən Fərid Zeynalovun əmisi Elçin Zeynalov APA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, ailəsi F. Zeynalovun nikahdan kənar qadınla yaşamasından dünən xəbər tutub: “Dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirdi. Məlum oldu ki, Fərid 3-4 aydır, bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanunu yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib”.

Mərhum Tofiqə Qurbanovanın anası İlhamə Qurbanova isə APA-nın əməkdaşına bildirib ki, qızı bir qədər əvvəl Sumqayıtda dayısıgildə olub. Onun sözlərinə görə, F. Zeynalov qızına zəng edib. Zəngdən sonra Tofiqə şəhərə çıxıb və bu zaman F. Zeynalov tərəfindən qaçırılıb:

“Mən qızımı rayona gətirdiyini eşidəndə onlara getdim. Orda bildim ki, onu qaçıran şəxs evlidir, iki uşağı var. İstədim qızımı aparım, ona görə də polisə məlumat verdim.

Onları Polis Şöbəsinə dəvət etdilər və qızı evimizə qaytaracaqlarını bildirdilər. Amma qızım orda dedi ki, artıq gecdir, Fəridin ailəsinin olduğunu qəbul edir və onunla yaşamağa razıdır”.

İ. Qurbanova bu gün səhər Fəridin atasının ona zəng etdiyini və oğlu ilə qızı arasında münaqişə yaranması haqda danışdığını deyib: “Mənə bildirdi ki, oğlum qızınızı döyüb, gəlin bura. Biz isə gedəndə qızımın öldürüldüyünü gördük”.

Tərtər Rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

13.31

***

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtər rayonunda qətl hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğub.

Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F. Zeynalov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR