Xaçmaz və Quba sakinlərindən xeyli miqdarda narkotik götürülüb

Xaçmaz və Quba sakinlərindən xeyli miqdarda narkotik götürülüb
# 28 avqust 2015 10:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Xaçmaz və Quba sakinlərində külli miqdarda narkotik aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramin Məhəmmədova məxsus həyətyanı sahədən çəkisi 8 kiloqram 640 qram, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Məmmədova məxsus sahədən çəkisi 3 kiloqram 825 qram olan kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR