Bakıda küçədə yıxılaraq ölən şəxsin fotosu yayılıb - YENİLƏNİB

Bakıda küçədə yıxılaraq ölən şəxsin fotosu yayılıb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyun 2016 15:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda küçədə yıxılaraq ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ölən şəxsin üzərindən hər-hansı sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

APA ölən şəxsin fotosunu əldə edib. Onu tanıyanlardan (077) 271 16 17 nömrəli telefona məlumat vermələri xahiş olunur.

***

Saat: 11.12

Bakı. Hafiz Heydərov – APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb. 40-45 yaşlı naməlum kişi yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR