Dünya birjalarında qızıl 2 dollar ucuzlaşıb

Dünya birjalarında qızıl 2 dollar ucuzlaşıb
# 03 iyun 2015 06:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,16% - 18 011,94 bəndədək, S&P 500 0,10% - 2 109,60 bəndədək, NASDAQ 0,13% - 5 076,52 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% - 6 928,27 bəndədək, Fransa CAC-40-ı 0,41% - 5 004,46 bəndədək, Almaniya DAX-ı 0,94% - 11 328,80 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,25% - 20 491,69 bəndədək, Shanghai 1,01% - 5 089,50 bəndədək ucuzlaşıb, Hang Seng 0,74% - 27 670,71 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2 dollar azalaraq 1 192,40 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 16,74 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR