Taner Yıldız: “Bizə həm TANAP, həm də “Türk axını" lazımdır”

Taner Yıldız: “Bizə həm TANAP, həm də “Türk axını" lazımdır”
# 13 mart 2015 11:59 (UTC +04:00)

APA-Economics”in “Prime” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

“Türkiyə Azərbaycan, Rusiya və İraqla əməkdaşlıq edərək energetika sahəsində müxtəlif layihələr həyata keçirir. Biz “Türk axını” kəmərinin reallaşdırılmasına dair Rusiya ilə danışıqlarımızı davam etdiririk. Bu layihə ilə bağlı maraqlarımız qalmaqdadır. Burada rəqabətdən heç bir söhbət gedə bilməz. Bizə həm TANAP, həm də “Türk axını” lazımdır”, - deyə T. Yıldız bildirib.

Nazir əlavə edib ki, bu iki kəmər nəinki Türkiyədə, hətta Avropada iqtisadi stabilliyin saxlanılmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR