"Bank of Baku"nun aktivləri cüzi azalıb

"Bank of Baku"nun aktivləri cüzi azalıb
# 27 oktyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin III rübündə 704,837 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,27% azdır.

"APA-Economics"in məlumatına görə, hesabat dövründə bankın kredit portfeli 18,64% azalaraq 492,782 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,24 dəfə artaraq 94,512 mln. manata çatıb. Maraqlıdır ki, ümumi kredit portfelində problemli kreditlərin payı 20%-dən artıqdır.

Bir il ərzində bankın məcmu kapitalı 18% azalaraq 111,756 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52,87 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR