TQDK rezidenturaya hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir

TQDK rezidenturaya hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir
# 29 iyun 2015 11:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə (https://eservices.tqdk.gov.az/sinaq/cards.aspx) əldə etmək olar.

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR