Ərdoğan Türkiyədə edam cəzasının bərpası təklifinə münasibət bildirib

Ərdoğan Türkiyədə edam cəzasının bərpası təklifinə münasibət bildirib
# 17 iyul 2016 14:42 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpası təklifinə münasibət bildirib.

APA-nın məlumatına görə, bu gün Yıldız Texniki Universitetində hərbi çevriliş cəhdi zamanı açılan atəş nəticəsində həyatını itirən professor İlhan Varankın dəfn mərasimində iştirak edən R. T. Ərdoğan edam cəzasının bərpası ilə bağlı səsləndirilən şüarlara cavab olaraq deyib ki, demokratiyada xalqın tələbi bir kənara qoyula bilməz.

Türkiyə prezidenti bildirib ki, xalqın tələbi Konstitusiyaya uyğun olaraq müvafiq qurumlarda dəyərləndirilir və qərar verilir: “Biz bu günə qədər duyğusallığı kənara qoyduq. Qərarlarımızı verərkən min düşünüb, bir addım atdıq. İndi də eyni şəkildə müvafiq addım atarıq. Unutmayın ki, biz intiqamçı deyilik. Ən böyük intiqam sahibi Allahdır. Buna görə də hər addımımızı şüarvarı deyil, ağıl və təcrübəyə əsaslanaraq atmağımız lazımdır. Bunun nəticəsidir ki, Fətullahçı Terror Təşkilatının atdığı addım cavabını alıb. Ən gözəl cavabı Milli iradə, əzil millətimiz verdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR