Tiflisdə Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq forum keçirilir

Tiflisdə Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq forum keçirilir
# 26 oktyabr 2015 10:54 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Cənubi Qafqazda müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunan III Forum öz işinə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin NATO-ya üzvlüyü, ərazi bütövlüyünün bərpası və Rusiya ilə əlaqələr kimi məsələlərə toxunub.

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli isə çıxışı zamanı Gürcüstan-NATO əlaqələri və bu istiqamətdə atılan addımlar barədə danışıb.

Tədbirdə NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay və alyansın digər rəsmiləri iştirak edir. Konfransda Şərqi Avropa, Yaxın Şərq, xüsusən də Suriyada baş verən proseslər və İŞİD-ə qarşı mübarizə, habelə terrora qarşı əməliyyatların genişlənməsi, NATO və tərəfdaş ölkələrin ərazilərində yeni münaqişə ocaqlarının yaranmasının qarşısının alınması yolları müzakirə olunur.

Oktyabrın 27-dək davam edəcək müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvünün İŞİD-ə qarşı mübarizə mövzusunda məruzə ilə çıxış gözlənilir.

Tədbir Gürcüstan müdafiə nazirliyi, Gürcüstan Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzi, Slovakiyanın NATO yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Foruma 15 ölkədən 350 nəfər nümayəndə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR