Avropa İttifaqı və Türkiyə Suriyada bufer zonasının yaradılmasını müzakirə ediblər

Avropa İttifaqı və Türkiyə Suriyada bufer zonasının yaradılmasını müzakirə ediblər
# 05 oktyabr 2015 17:29 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı və Türkiyə Suriyada bufer zonasının yaradılmasını müzakirə ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Türkiyə prezidenti ilə görüşdən sonra jurnalistlərə deyib.

“Ümumiyyətlə, Avropa İttifaqı Türkiyə ilə hər hansı məsələni müzakirə etməyə hazırdır. Biz Suriyada bufer zonasının yaradılmasının mümkünlüyünü müzakirə etdik. Yüz minlərlə insanın Türkiyə ərazisindən Avropa İttifaqı ölkələrinə keçmə hallarına son qoyulmalıdır. Biz bununla bacara bilmirik, bizə Türkiyə lazımdır”, deyə D.Tusk bildirib.

Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara Türkiyə və Suriya arasında bufer zonasının yaradılmasını təklif etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR