İran ağır su satışı ilə bağlı 4 ölkə ilə danışıqlar aparır

İran ağır su satışı ilə bağlı 4 ölkə ilə danışıqlar aparır
# 17 iyul 2016 12:24 (UTC +04:00)

Bakı-APA. İran ağır suyun alınması ilə bağlı ABŞ-la bərabər, 4 ölkə ilə də danışıqlar aparır.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın Atom Enerjisi üzrə Təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi bildirib.

İyulun 14-də ABŞ Nümayəndələr Palatası İrandan ağır suyun alınmasının əleyhinə səs veriblər. Bundan əvvəl isə ABŞ Energetika Nazirliyi İranda nüvə obyektində istifadə edilən 32 ton ağır suyun alınması ilə razılaşma imzalayıb. Razılaşmanın dəyəri 8,6 milyon dollardır. B. Kamalvandi deyib ki, ABŞ Konqresinin qadağası ilə bağlı əgər amerikalılar daha böyük həcmdə ağır su ala bilməsələr, İran ağır suyun satılması üçün yeni alıcıların tapılması üçün 4 ölkə ilə müzakirə aparır. İranın Atom Enerjisi üzrə Təşkilatının nümayəndəsi ABŞ və İran arasında bağlanmış razılaşmaya uyğun olaraq 32 ton ağır suyun artıq yolda olduğunu və ay ərzində ABŞ-a çatdırılacağını da açıqlayıb.

Qeyd edək ki, İranın nüvə proqrammı ilə bağlı əldə edilmiş razılaşmaya əsasən Tehrana ağır su istehsalı ilə bağlı qadağa qoyulmasa da, bu ölkədə 130 tondan artın ağır su ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR