İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMT-nin tədbirində iştirakdan imtina edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMT-nin tədbirində iştirakdan imtina edib
# 10 noyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İsveçrənin paytaxtı Cenevrə şəhərində12-13 noyabr tarixlərində BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan dövlətinin illik hesabatı dinləniləcək.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov APA-ya bildirib ki, tədbirə dəvət olunsa da, iştirak etməyəcək: “Ermənilər tərəfindən saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı bu il ərzində iki dəfə BMT-nin İşgəncələrə Qarşı Komitəsinə müraciət edib bildirmişəm ki, onlara işgəncə verilir. Onlardan bu məsələyə münasibət bildirmələrini xahiş etmişəm. Lakin onlar bizim komitənin müraciətinə cavab verməyiblər. Bunun üçün biz bu il keçirilən hesabat iclasında iştirak etməyəcəyik”.

E. Behbudov İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən həmin quruma illik hesabatın göndərilmədiyini də bildirib: “Həmin tədbirdə iştirak etməməklə yanaşı, bizim komitənin illik hesabatını da onlara göndərməmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR