Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib
# 28 oktyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib. Komissiyadan APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar 28 oktyabr tarixdən 26 noyabr saat 18.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçməyənlər isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı kağız daşıyıcılarda şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək) təqdim edə, ya da poçt vasitəsilə (AZ1110, Bakı şəhəri, K. Rəhimov keçəsi, 874-cü məhəllə) göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR